Türkiyənin Malatya vilayətində mədən işçilərini daşıyan xidməti mikroavtobusun dərəyə aşması nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
"Mustafa Özdemirin idarə etdiyi və mədən işçilərini daşıyan xidməti mikroavtobus yoldan çıxaraq dərəyə aşıb", - məlumatda bildirilib.
Qəza yerinə jandarm, səhiyyə və yanğınsöndürmə qrupları göndərilib.
Həmzə Günay hadisə yerində həyatını itirərkən, sürücü Mustafa Özdemir və avtomobildə olan yaralılar Hulusi Altıkulaç, Hüseyin Kaya, Mehmet Gökçe, Mustafa Sarıkaya, Zafer Dereli, Bilal Keçeli, Turap Uçar, Halil İbrahim Altıkulaç, Kaya Günay Hekimhan Dövlət Xəstəxanasına yerləşdirilib.
Xəstəxanada müalicəyə alınan Əli Yücel, edilən müdaxiləyə baxmayaraq xilas edilə bilməyib.