IMG-LOGO

Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbsi istənildi

09 Mar 2024 16:38 221 baxış
IMG

Ötən gün "Toplum TV” işi ilə bağlı saxlanılan və barələrində cinayət işi başlanılan media eksperti Ələsgər Əhmədoğlu (Məmmədli) və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Lent.az APA-ya istinadla bildirir ki, hər iki şəxslər bağlı istintaq orqanı 4 aylıq həbs qətimkan müddətinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib.

Yaxın saatlarda hər iki şəxs məhkəmə qarşısına çıxarılacaq.

Qeyd edək ki, Ələsgər Əhmədoğlu (Məmmədli) və Ruslan İzzətli Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ittiham olunurlar.

Mənbə: lent.az

Xəbər lenti