IMG-LOGO

Yeddi yaşlı uşaq özünü güllələdi

09 Mar 2024 14:17 173 baxış
IMG

Rusiyanın Sankt-Peterburq şəhərində yeddi yaşlı uşaq travmatik tapança ilə təsadüfən özünü döş qəfəsindən vurub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Moskva prospektində çoxmərtəbəli binada baş verib. Yeddi yaşlı uşaq mənzildə travmatik tapança ilə oynayırmış. Bu zaman uşaq təsadüfən özünü sinəsindən vurub.

Azyaşlı döş qəfəsinin açıq yarası, döş qəfəsinin sağ nahiyəsinə dəymiş metal güllə ilə uşaq xəstəxanasına yerləşdirilib. Həkimlər balaca xəstənin vəziyyətini qənaətbəxş kimi qiymətləndirir, hadisənin baş vermə şəraiti müəyyənləşdirilir.

Mənbə: lent.az

Xəbər lenti