IMG-LOGO

Bakıda həbsxanaya ayaqqabının içində narkotik keçirmək istədi

09 Mar 2024 10:47 203 baxış
IMG

15 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, məhkum Ülvi Baba oğlu Cəfərova tanışı Hüsaməddin Əbülfəz oğlu Rzayev tərəfindən gətirilmiş sovqatdakı ayaqqabının içində gizlədilmiş bükülüdə 3,670 qram marixuana aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: lent.az

Xəbər lenti