IMG-LOGO

Fərhad Məmmədov: Cənubi Qafqazda inteqrasiyanın gücləndirilməsi üçün tam zəmin mövcuddur

11 Apr 2026 16:36 3 baxış
IMG

Bu gün Cənubi Qafqazda regional inteqrasiyanın gücləndirilməsi üçün obyektiv zəmin mövcuddur.

Bu barədə "Report"un müxbirinin sualını cavablandırarkən "Sülh Körpüsü" təşəbbüsünün koordinatoru, Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bu gün Qəbələdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

"Hazırkı geosiyasi mənzərə Cənubi Qafqazda regional inteqrasiyanın baş tutması üçün əlavə impuls yaradır. İkitərəfli formatda vəziyyət yaxşı inkişaf edir. Əvvəllər Azərbaycan-Ermənistan formatı yox idi, lakin bu gün o da yaranıb", - o qeyd edib.

Onun sözlərinə görə, geosiyasi vəziyyət elə formalaşıb ki, Cənubi Qafqaz nəqliyyat-logistika baxımından cəlbedici olur:

"Əlbəttə, infrastrukturun hazırlığı amili var. Bu baxımdan region ölkələrinin mövqeləri fərqlidir. Buna görə də bütün bunlar əlavə razılaşdırma tələb edir. Reallıqda dövlətlərin maraqları və inteqrasiya prosesində yerinə yetirməli olduqları funksiyalar var. Düşünürəm ki, bu funksiyaların razılaşdırılması prosesi müəyyən vaxt tələb edir. Lakin regional inteqrasiya prosesinin baş tutması üçün obyektiv şərait hələ də mövcuddur".

Xəbər lenti