IMG-LOGO

Koçinyan: Qonşu regionlardakı münaqişələr Cənubi Qafqazda sülhün zəruriliyini artırır

11 Apr 2026 16:45 3 baxış
IMG

Xüsusilə qonşu regionlardakı münaqişələr nəzərə alınmaqla Cənubi Qafqaz sülhün möhkəmləndirilməsinə ehtiyac duyur.

"Report"un Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Ermənistan tərəfindən "Sülh körpüsü" təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının sədri Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin görüşünün yekunlarına dair Qəbələdə keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz elə bir dünyada yaşayırıq ki, münaqişələr eyni vaxtda bir neçə regionda baş verir. Bu, Cənubi Qafqazın ətrafında bir növ "atəş halqası" formalaşdırır və regionumuzda dayanıqlı sülhə ehtiyacı gücləndirir", - o bildirib.

A.Koçinyan vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi qətiyyətli addımlar tələb edir:

"Biz anlayırıq ki, nə geosiyasi vəziyyət, nə də regionun özü bizə bu prosesi uzatmağa imkan vermir".

Xəbər lenti