IMG-LOGO

Qızlar 8 Mart ziyafətində pulsuz içkidən zəhərləndi

08 Mar 2024 18:45 205 baxış
IMG

Rusiyanın Transbaykaliya vilayətinin Ulan-Ude şəhərindəki gecə klublarından birində 6 qız pulsuz alkoqoldan zəhərlənib.

Lent.az yerli mediaya istinadla bildirir ki, gecə klubu 8 Mart bayramını qeyd edib. Müəssisə qonaqlara pulsuz içkilər təqdim etdi. Lakin 6 qız normadan artıq spirtli içki qəbul etdiyi üçün zəhərlənib. Onlar gecənin qalan hissəsini tibb müəssisəsində keçiriblər.

Məlumata görə, qızlara ilkin tibbi yardım göstərildikdən sonra onlar evə göndərilib. Müayinədən sonra zərərçəkənlər özlərini normal hiss ediblər.

Mənbə: lent.az

Xəbər lenti