İran nümayəndə heyəti ABŞ ilə mümkün danışıqlarda iştirak etmək üçün İslamabada gəlib.
"Report"un məlumatına görə, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edir.
Danışıqların 11 apreldə Pakistanda keçirilməsi gözlənilir. Amerika nümayəndə heyətinə ABŞ-nin Vitse-prezidenti Jey Di Vensin rəhbərlik edəcəyi gözlənilir.