IMG-LOGO

“WhatsApp”da yeni dönəm – Nömrəniz görünməyəcək

09 Apr 2026 21:21 2 baxış
IMG
0 0

“WhatsApp”, istifadəçilərə yalnız seçdikləri istifadəçi adları ilə mesaj göndərməyə imkan verən və telefon nömrələrini gizlədən yeni bir xüsusiyyəti tədricən tətbiq etməyə başlayıb.

Lent.az xəbər verir ki, “WhatsApp”, telefon nömrələrinə ehtiyacı aradan qaldıraraq iOS və Android cihazları üçün böyük bir məxfilik addımı atır.

Məlumata görə, hazırda məhdud sayda profildə aktiv olan bu xüsusiyyət, istifadəçilərə ünsiyyət üçün nömrələr əvəzinə profillərinə bağlı istifadəçi adlarını paylaşmağa imkan verir.

Yeni sistemə görə, istifadəçi adları ən azı 3, ən çoxu 35 simvoldan ibarət olmalı və yalnız kiçik hərflər, rəqəmlər, nöqtələr və ya alt xəttlərdən ibarət olmalıdır.

Həmçinin, təhlükəsizlik və standartlar səbəbindən seçilmiş adlar ".www" ilə başlamamalı və ".com" və ya ".net" kimi domen kimi uzantılarla bitməməlidir.

WhatsApp nömrə

Xəbər lenti