IMG-LOGO

Rusiya XİN İrandakı atəşkəsin Ukrayna üzrə danışıqlara təsirini qiymətləndirib

09 Apr 2026 03:42 3 baxış
IMG

Ukrayna üzrə üçtərəfli danışıqların gedişi böyük ölçüdə ABŞ və İran arasında atəşkəs əldə olunduqdan sonra Ağ Evin Tehranla dialoq üçün məhz kimi nümayəndə təyin edəcəyindən asılı olacaq.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya"ya Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.

Onun sözlərinə görə, Rusiya üçtərəfli danışıqların bərpa olunmasını yubatmayacaq.

Hələ mart ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukrayna arasında ABŞ-nin iştirakı ilə danışıqlarında "fasilə verildiyini" bildirmişdi.

"İndi çox şey Birləşmiş Ştatların İranla danışıqlarda onları kimin təmsil edəcəyinə dair qərarından asılıdır. Əgər bunlar eyni müzakirəçilər olarsa, bu məqam bir qədər təxirə salına bilər, bu da, eyni zamanda, Ukraynada nizamlanma üzrə danışıqlar prosesində davam etmək və ya irəliləmək üçün əsaslı maneə deyil", - Miroşnik bildirib.

Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəlib. İran bildirib ki, bu müddət ərzində İran Silahlı Qüvvələri ilə koordinasiya şəraitində və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin ediləcək.

İsrail isə mövcud atəşkəs qərarının Livana şamil edilmədiyini əsas gətirərək bu ölkəyə zərbələr endirib. Daha sonra İran parlamentinin spikeri Məhəmmədbaqer Qalibaf bəyan edib ki, Livanda atəşkəsin əldə olunması planın birinci şərti idi.

Xəbər lenti