IMG-LOGO

"Spiegel": Almaniya Hörmüz boğazında qüvvələrin yerləşdirilməsi ilə bağlı gizli planlar hazırlayır

08 Apr 2026 23:09 3 baxış
IMG

Almaniya hökuməti Hörmüz boğazında gəmiçiliyin mühafizəsi əməliyyatına Bundesverin (Silahlı Qüvvələr) potensial cəlb edilməsi ssenarilərini qeyri-ictimai formatda nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə yerli "Der Spiegel" nəşri yazır.

Nəşr qeyd edib ki, Berlinin hazırda maksimum ehtiyatlılıq nümayiş etdirməsinə baxmayaraq, pərdə arxasında Bundesverin Hörmüz boğazındakı hərbi əməliyyatda iştirakının müxtəlif variantları fəal şəkildə işlənib hazırlanır. Müvafiq mandat veriləcəyi təqdirdə, qabaqlayıcı planlaşdırma adlandırılan proses çərçivəsində, ilk növbədə, Almaniya Hərbi Dəniz Qüvvələri Bundesverin boğaz zonasında yerləşdirilməsinin konkret sxemlərini hazırlayıblar.

"Hərbi rəhbərliyin nümayəndələri vurğulayıblar ki, Almaniya təhlükəsizliyin təmin edilməsi üzrə beynəlxalq missiyaya qoşulmaq üçün, şübhəsiz ki, lazımi resurslara malikdir. Bununla belə, ilkin qiymətləndirmələrə əsasən, İran heç bir şərt altında boğaz üzərindəki nəzarəti güzəştə getməyə hazır deyil, bu isə o deməkdir ki, beynəlxalq hərbi iştirakın Tehran üçün məqbul olması çətin görünür", - "Der Spiegel" bildirib.

Mütəxəssislər qeyd edirlər ki, hərbi planlaşdırma baxımından nəzərdən keçirilən ssenarilər boğazdan keçərkən gəmilərin müşayiət olunmasını, habelə silahlı müşayiət qruplarının birbaşa ticarət gəmilərinin göyərtəsinə göndərilməsini nəzərdə tutur. Bundan əlavə, boğaz akvatoriyasında təhlükəsizliyi təmin etmək üçün mina gəmilərinin cəlb edilməsi imkanı təhlil edilir.

Xəbər lenti