IMG-LOGO

Tramp: Livan ikihəftəlik atəşkəs razılaşmasına daxil edilməyib - YENİLƏNİB

08 Apr 2026 19:59 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp aprelin 8-i Livanın ABŞ və İran arasındakı ikihəftəlik atəşkəs razılaşmasına daxil edilmədiyini bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "PBS" telekanalına telefonla müsahibəsi zamanı bildirib.

"Bu, ayrı bir toqquşmadır", - o, İsrailin Livana davam edən zərbələrini şərh edərkən bildirib.

Tramp, həmçinin qeyd edib ki, "Hizbullah" hərəkatı bu razılaşmaya daxil edilməyib.

19:55

Ağ Ev hesab edir ki, ABŞ və İran arasında atəşkəs haqqında razılaşmalar Livana aid deyil.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin "Axios" portalının və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid "X" sosial şəbəkəsində məlumat yayıb.

"Ağ Evin mətbuat katibi Kerolayn Livitt mənə bildirdi ki, Livan İranla atəşkəs haqqında razılaşmaların bir hissəsi deyil", - o qeyd edib.

Xəbər lenti