Azərbaycanın tamblinq millisinin üzvləri Portuqaliyada keçirilən Avropa çempionatında finala yüksəliblər.
Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.
Təmsilçilərimizdən Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) fərdi yarışda həlledici raunda vəsiqə əldə ediblər.
Həmçinin tamblinq üzrə komanda yarışında Azərbaycan yığması final mərhələsində çıxış edəcək.