Cüdo üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün ilkin heyətində dəyişiklik baş verib.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, 66 kq çəki dərəcəsində Ruslan Paşayevin zədə alması səbəbindən onun əvəzinə Turan Bayramov heyətə daxil edilib.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı aprelin 16-dan 19-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək.