İran Hörmüz boğazından keçən hər barel neftə görə tranzit rüsumunu kriptovalyutada almağı planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "The Financial Times" nəşri İranın Neft, Qaz və Neft-Kimya Məhsulları İxracatçıları İttifaqının nümayəndəsi Həmid Hüseyniyə istinadən məlumat yayıb.
"İran boğaza daxil olan və çıxan yüklərə nəzarət etməlidir ki, bu iki həftə silah daşınması üçün istifadə olunmasın", - Hüseyni qeyd edib.
Onun sözlərinə görə, hər bir tanker hakimiyyət orqanlarına elektron məktub göndərməklə öz yükü barədə bildirməlidir. Bundan sonra isə İran onları rüsum barədə məlumatlandıracaq. Rüsum rəqəmsal valyutalarda ödənilməlidir.