IMG-LOGO

Serbiyada qaz şəbəkəsinə yeni qoşulmalar üçün dövlət rüsumu 1000 avroya yaxın olacaq

08 Apr 2026 15:38 3 baxış
IMG

Serbiyanın "Srbijagas" təbii qaz təchizatçısı aprelin 11-dən etibarən qaz paylayıcı şəbəkəyə qoşulmaq üçün ödənişi 200 avro artıracağını açıqlayıb.

"Report"un Balkan bürosu xəbər verir ki, qurumun mətbuata açıqlamasında əhali üçün yeni qoşulmanın qiymətinin 980 avro təşkil edəcəyi bildirilib.

Qeyd olunub ki, qiymət son 5 ildə artırılmayıb və "Srbijagas" bu kommersiya qərarını bazarda avadanlıq və işlərin qiymətlərində baş verən əhəmiyyətli dəyişikliklər səbəbindən qəbul edib:

"Şirkət indiyədək materialların, avadanlığın, işlərin icrasının və bir çox digər xərclərin artımını öz vəsaitləri hesabına qarşılayıb. Lakin hazırda fəaliyyət göstərdiyi şəraitdə, enerji bazarında çoxsaylı çağırışlarla üzləşdiyi üçün qaz şəbəkəsinə qoşulma qiymətinin artırılması yeganə və qaçılmaz həll yolu olub".

Qeyd edək ki, Serbiya Statistika İdarəsinin məlumatına görə, yanvar ayında ölkə üzrə orta aylıq əməkhaqqı təxminən 118 000 dinar və ya təxminən 1 000 avro olub.

Xəbər lenti