IMG-LOGO

"Maersk": ABŞ və İran arasında atəşkəs Hörmüz boğazında gəmilər üçün imkanlar yarada bilər

08 Apr 2026 14:39 2 baxış
IMG

Danimarkanın "Maersk" gəmiçilik şirkəti ABŞ və İran arasında iki həftəlik atəşkəsin Hörmüz boğazında gəmilər üçün müəyyən imkanlar yarada biləcəyini hesab edir.

"Report"un məlumatına görə, bu barədə "Al Jazeera" şirkətə istinadən xəbər verib.

Şirkətdə vurğulayıblar ki, hazırda bu, normal fəaliyyətin bərpası və regionda tamamilə təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün kifayət deyil.

"Biz ehtiyatlı yanaşmanı qoruyur və mövcud xidmətlərə dəyişiklik etmirik", - "Maersk"də qeyd ediblər.

Bildirilib ki, Hörmüz boğazından keçidlə bağlı istənilən qərarlar risklərin daimi qiymətləndirilməsi, təhlükəsizlik sahəsində vəziyyətin monitorinqi, müvafiq orqanların və tərəfdaşların tövsiyələri əsasında qəbul ediləcək.

Daha əvvəl "Maersk" regionda yüksək dəyişkənlik və xərclərin artması fonunda Fars körfəzinin bir sıra limanlarına yük sifarişlərini dayandırmış və bunkер yanacağı üçün əlavə ödənişlər tətbiq etmişdi.

Xəbər lenti