Hazırda dünya ticarətində tarixi minimum yaşanır və 3 faiz civarındadır və rəqəmlər müharibə ilə birlikdə daha da aşağı düşə bilər.
"Report" xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
"ABŞ-nin yeni siyasi xəttinə görə, dünya ticarətində tarixi minimum yaşanır və 3 faiz civarındadır, bəlkə bu müharibə davam etdikcə daha da aşağı düşəcək", - o bildirib.
C. Yılmaz çıxışının əvvəlində Hörmüz boğazının bloklanmasının yaratdığı iqtisadi çətinliklərdən bəhs edib.
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 2026-cı ilin mart ayı hesabatına əsasən, qlobal mal ticarəti həcminin artımının 2025-ci ildəki 4.6%-dən 1.9%-ə qədər enəcəyini proqnozlaşdırır.