Bu gün Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN tərəfindən Türkiyə Silahlı Qüvvələrinə təhvil verilən raket sistemlərinin siyahısı açıqlanıb.
"Report" Türkiyə mediasına istinadən xəbər verir ki, onların sayı 20-dir.
Sözügedən raket sistemlərini təqdim edirik:
1. TAYFUN Ballistik Raketi
2. SİPER Uzun Mənzilli Bölgə Hava və Raket Müdafiə Sistemi
3. ATMACA Gəmisavar Raketi
4. HİSAR-A Alçaq İrtifa Hava Müdafiə Raketi
5. HİSAR-O (Orta İrtifa) RF Hava Müdafiə Raketi
6. SUNGUR Hava Müdafiə Raket Sistemi
7. KARA ATMACA Qurudan Quruya Seyir Raketi
8. ÇAKIR Seyir Raketi
9. SOM Seyir Raketi
10. T-107/122 Çoxlüləli Raketatan [ÇNRA] Silah Sistemi
11. MAM-L Mini Ağıllı Sursat
12. MAM-C Mini Ağıllı Sursat
13. MAM-T Ağıllı Sursat
14. TEBER İdarəetmə Dəsti
15. L-OMTAS Lazer Güdümlü Orta Mənzilli Tanksavar Silah Sistemi
16. OMTAS Orta Mənzilli Tanksavar Silah Sistemi
17. CİRİT Lazer Güdümlü Raket
18. LUMTAS Lazer Güdümlü Uzun Mənzilli Tanksavar Silah Sistemi
19. KARAOK Portativ Tanksavar Silah Sistemi
20. İHA-230 Havadan Quruya Ballistik Supersəs Raket
Qeyd edək ki, bu gün Ankarada ROKETSAN İstehsal Müəssisələrinin Açılışı, Seriyalı İstehsal Tədarükləri və Təməlqoyma mərasimi keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış edib.