IMG-LOGO

Azərbaycan MDB-nin İcraiyyə Komitəsi ilə bağlı sənədə qeyd-şərtlə qoşulub

07 Apr 2026 16:35 4 baxış
IMG

"Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə Komitəsi haqqında Əsasnamə"yə dəyişikliklər edilməsinə dair Protokol" xüsusi qeyd-şərt nəzərə alınmaqla təsdiq edilib.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Qeyd-şərtə əsasən, sənəd dövlətlər və digər beynəlxalq hökumətlərarası təşkilatlarla siyasi əməkdaşlıq vә qarşılıqlı fəaliyyət məsələlərində Baş katibin MDB-nin sahəvi əməkdaşlıq orqanlarının işini əlaqələndirmək səlahiyyəti istisna olmaqla təsdiq edilir.

Xatırladaq ki, sənəd 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmışdı.

Xəbər lenti