IMG-LOGO

ABŞ və İsrail İranın Kaşan şəhərində dəmir yolu körpüsünə hücum edib

07 Apr 2026 15:10 2 baxış
IMG

ABŞ və İsrail İranın İsfahan əyalətinin Kaşan şəhərindəki Yəhya Abad dəmir yolu körpüsünə zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə İran KİV-ləri məlumat yayıb.

Bildirilib ki, bu hücum nəticəsində iki nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti