Türkiyənin beş tanınmış sənət adamı narkotik istintaqına cəlb olunub.
"Report" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, ümumilikdə aktyor İbrahim Çelikkol və müğənnilər Bengü, Simge Sağın, Mustafa Ceceli və Melek Mosso da daxil olmaqla 9 nəfər barəsində saxlanılma qərarı verilib.
Onlar narkotik maddə almaq, qəbul etmək, saxlamaq, istifadə etmək və təmin etməkdə ittiham olunurlar.