Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov Sofiyada Türkiyənin bu ölkədəki səfiri Mehmet Sait Uyanık ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə məlumat Türkiyənin Bolqarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Can Azərbaycanın Sofiyaya yeni təyin olunmuş səfiri cənab Elmar Məmmədovla bir araya gəlməkdən məmnunluq duyduq", - paylaşımda qeyd olunub. Paylaşımda əlavə edilib ki, dünyanın hər yerində olduğu kimi, səfirlər Bolqarıstanda da fəaliyyətlərini "bir millət iki dövlət" şüarı ilə həyata keçirəcəklər:
"İlk nəzakət ziyarətini səfirliyimizə edən Məmmədova təşəkkür edir, fəaliyyətində uğurlar arzulayırıq".