IMG-LOGO

Ərdoğan: 38 gündür davam edən müharibə bütün bölgəyə təsir göstərir

06 Apr 2026 20:48 3 baxış
IMG

ABŞ ilə İsrailin İrana hücumu və tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir.

"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında deyib.

"ABŞ və İsrailin İrana hücumu, tərəflər arasında 38 gündür savaşın davam etməsi bölgəyə təsir göstərir və bunun qarşısını almaq üçün Türkiyə diplomatik təmasları davam etdirir", - o bildirib.

Ərdoğanın sözlərinə görə, hazırkı müharibə qanunsuz və mənasızdır:

"Arzumuz bu qanunsuz, mənasız, qeyri-legitim və bütün insanlıq üçün son dərəcə ağır nəticələr doğuran müharibənin tezliklə sona çatmasıdır".

Qeyd edək ki, Türkiyə Prezidenti çıxışında Hörmüz boğazının bloklanmasının dünya iqtisadiyyatına mənfi təsirlərindən də bəhs edib.

Xəbər lenti