Azərbaycanın Efiopiyadakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Ruslan Nəsibov Efiopiyanın Federal Ali Məhkəməsinin sədri Teodros Mihretlə görüşüb.
"Report" xəbər verir ki, bu barədə R. Nəsibov "X" sosial şəbəkə hesabında yazıb.
"Mihretlə görüşməkdən məmnun oldum və rəqəmsal transformasiya mövzusunda müzakirələr apardıq", - o bildirib. Səfir əlavə edib ki, məhkəmə sisteminin modernləşdirilməsində əldə olunan irəliləyişlər müzakirə olunub:
"Azərbaycan ədliyyə sahəsində innovasiyaların inkişafı üçün Efiopiya ilə əməkdaşlığa hazırdır".