IMG-LOGO

İran ordusu ABŞ-nin bazalarına PUA hücumu edib

06 Apr 2026 19:41 2 baxış
IMG

İran ordusu ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.

"Report" xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.

Bildirilib ki, hücumlarda "Arash-2" PUA-larından istifadə olunub:

"E-3 AWACS təyyarələrinin və MQ-9 PUA-larını yanacaqla təmin edən Əl-Xərc bazası hədəf alınıb. Yerüstü bölmələrin, xüsusi qüvvələrin və "Night Stalkers" helikopter birliyinin yerləşdirildiyi Küveytdəki "Ədeyri" bazasına da (hal-hazırda rəsmi olaraq Camp Buehring - Kemp Bürinq adlanır) hücum olub".

İran ordusu ABŞ-nin İsfahana hücumlarının "Night Stalkers" birliyi tərəfindən həyata keçirildiyini iddia edir.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali lideri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket atıb və Körfəz ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. Vəziyyətlə əlaqədar olaraq regionun bir sıra dövlətləri hava məkanını müvəqqəti bağlayıb.

Xəbər lenti