IMG-LOGO

17 yaşlı özbəkistanlı qızı idmançılar zorlayıb

05 Mar 2024 17:42 101 baxış
IMG

İtaliyanın Siena şəhərində Özbəkistandan olan 17 yaşlı qılıncoynadanı italyan idmançılar zorlayıb. Faktla bağlı yerli prokurorluqda araşdırma aparılır.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, məlumata görə, qız 2023-cü ilin avqustunda yerli qılıncoynatma federasiyasının üç idmançısının onu zorladığını bildirib.

Media xəbər verir ki, qızın bədənində çoxsaylı qançırlar olub. Onun öz otağına keçməyə çalışdığı, lakin huşunu itirdiyi bildirilir. Həmin gün idmançının anası onu tibb müəssisəsinə aparıb, lakin o, Fraskati xəstəxanasından geri qaytarılıb. Ona Romadakı klinikaların birində ilkin tibbi yardım göstərilib, daha sonra isə San Giovannidəki xəstəxanada müayinə olunub. İdmançının qanında spirtli içki və narkotik aşkar edilib. Bildirilir ki, bir gün əvvəl qız iki stəkan pivə içib.

Hadisəni törədən gənclərdən ikisi şübhəli şəxs qismində istintaqa cəlb olunub. Zərərçəkənin vəkili Lusiano Quydarelli idman federasiyasına 6 ay müddətinə vəsatətlər göndərərək, onların ehtiyat tədbiri kimi yarışlarda iştirakdan kənarlaşdırılmasını tələb edib. Buna baxmayaraq, müdafiəçi qızın il ərzində iki dəfə cinayətkarlarla üz-üzə gəldiyini və bununla da onun “ikinci dərəcəli travma” aldığını bildirib.

İtaliya Qılıncoynatma Federasiyası da öz növbəsində qurumun belə hallarda idmançıları yarışdan kənarlaşdırmaq səlahiyyətinə malik olmadığını bildirib.

Xəbər lenti