IMG-LOGO

Qəbələdə XV Beynəlxalq Musiqi festivalında növbəti konsert - FOTOLENT

30 Jul 2026 18:58 2 baxış
IMG
2 0

Bu gün Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirilib.

Lent.az xəbər verir ki, festivalın ikinci günü Vyetnamdan gələn “Bronze drum” ansamblı “Vyetnamın milli vokal janrlarına introduksiya” proqramı çərçivəsində çıxış edib.

Konsertdə T.Giang “Məhsul yığımı mövsümünün hekayəsi”, H.Xuan “Bahar gəlir”, X.Khai “Vətənin melodiyası”, X.Khai “Vətənin duyğuları”, H.Xuan “Mərkəzi Yaylalar Günəşi qarşılayır”, “Then” oxuması, D.Nho “The Pieu scarf”, Vyetnam xalq musiqisi “Inh La Oi” (işləməsi Hoang Tran Luu), N.D. Thi “Hanoian”, E. Capua “O Sole Mio” (Sözləri Giovanni Capurro), "Xam Ha Thanh" və "Co Doi Thuong Ngan" mahnılarını ifa ediblər. Qeyd edək ki, bu il Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festivalı öz 15 illik yubileyini qeyd edir və illər ərzində formalaşmış yüksək sənət ənənələrinin, dostluğun, qarşılıqlı hörmətin və mədəniyyətlərarası dialoqun parlaq təcəssümü kimi qiymətləndirilir. 

Xatırladaq ki, festival avqustun 3-nə kimi davam edəcək. (APA)

 

Mədəniyyət xəbərləri XV Beynəlxalq Musiqi festivalı

Mənbə: lent.az

Xəbər lenti