Azərbaycanda patent alınması ilə bağlı prosedurlar sadələşdiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı "Patent haqqında" qanuna dəyişikliklər edilməsi təklif edilir.
Sənədə əsasən, ixtiraya, faydalı modelə və sənaye nümunəsinə patent alınması üçün iddia ərizəsinin verilməsi, qeydiyyatı, o cümlədən iddia sənədinin ekspertizası üzrə prosedurlar asanlaşdırılıracaq.
Qanun layihəsinə görə ekspertiza müddəti (hazırda ekspertiza müddəti 12 ay təşkil edir) əhəmiyyətli dərəcədə azalacaq.
Bununla da patent almaq istəyən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin çevikliyinin artırılması və ekspertizanın sürətləndirilməsi təmin ediləcək.
Sənəd Milli Məclisin dekabrın 26-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.