IMG-LOGO

Dondurucudan gələn zəhər - həkimlərin almağı məsləhət görmədiyi ucuz balıq

30 Jul 2026 18:53 2 baxış
IMG
66 0

Mütəxəssislər supermarket rəflərində satılan ən keyfiyyətsiz balıq növlərini açıqlayıblar. Dondurulmuş balıq tez və faydalı şam yeməyi üçün ideal seçim kimi görünür.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, supermarketlərdəki cəlbedici qiymətlərin arxasında bəzən qida dəyərini itirmiş, hətta sağlamlıq üçün təhlükə yarada biləcək məhsullar gizlənir.

Hansı balıqları almaq məsləhət deyil?

Panqasius və tilapiya təhlükəli balıqlar siyahısında ilk yerlərdə göstərilir. Bu balıqlar alıcıları adətən sümüksüz, hamar filesi və olduqca aşağı qiyməti ilə cəlb edir. Lakin onların süni şəraitdə yetişdirilməsi ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Bu balıqların böyük hissəsi Asiyada çirklənmiş su hövzələrinin yaxınlığında yerləşən fermalardan idxal olunur.

Balıqların belə şəraitdə yaşaması və sürətlə çəki toplaması üçün onlara antibiotiklər və böyüməni sürətləndirən maddələr verildiyi iddia olunur. Nəticədə alıcı faydalı omeqa-3 yağ turşuları ilə zəngin məhsul əvəzinə qaraciyərə və immun sisteminə zərər verə biləcək maddələr qəbul edə bilər.

Suya və xarab məhsula artıq pul

Balığın üzərindəki qalın buz təbəqəsi hər zaman məhsulun qorunması məqsədi daşımır. Bəzi hallarda bu, balığın çəkisini süni şəkildə artırmaq üçün istifadə edilən üsuldur. Qaydalara əsasən, balığın üzərindəki qoruyucu buz qatı ümumi çəkinin 5 faizindən çox olmamalıdır. Lakin bəzi istehsalçılar bu göstəricini 30-40 faizə qədər çatdırırlar.

Daha təhlükəlisi isə odur ki, şəffaf olmayan qalın buz təbəqəsinin altında xarab olmağa başlamış və ya daşınma zamanı dəfələrlə donu açılıb yenidən dondurulmuş balıq gizlədilə bilər. Belə məhsulların qəbulu ciddi qida zəhərlənməsinə səbəb ola bilər.

Sarı ləkələrə və formasını itirmiş balıqlara diqqət

Mütəxəssislər qarın hissəsində və ya kəsilmiş yerlərində sarımtıl, yaxud pas rəngli ləkələr olan balıqların alınmamasını tövsiyə edirlər. Bu cür ləkələr yağların oksidləşməyə başladığını göstərir. Bu isə balığın köhnə və istifadəyə yararsız olmasının əlaməti sayılır.

Dondurulmuş balığın bədəni qeyri-təbii və əyilmiş formadadırsa, yaxud file qablaşdırmanın içərisində parçalanaraq liflərə ayrılırsa, bu, məhsulun saxlanması zamanı temperatur rejiminin dəfələrlə pozulduğunu göstərə bilər.

Sağlıq balıq

Mənbə: lent.az

Xəbər lenti