IMG-LOGO

Ağdamda minatəmizləməyə siçovullar CƏLB OLUNDU

28.11.2023 12:53 104 baxış
IMG

Azərbaycana minatəmizləmə işlərinə cəlb olunan siçovullar artıq ərazilərdə fəaliyyət göstərir.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrə cəlb olunub:

"Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir".

Xəbər lenti