Azərbaycan II Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Quba" futbol klubunun üzvü Ramin Məhərrəmov mükafatlandırılıb.
Bu barədə "Report"a Peşəkar Futbol Liqasından bildirilib.
Dekabr ayının ən yaxşı qolunun müəllifinə mükafatı XVI turun "Quba" – "Kür-Araz" qarşılaşmasından əvvəl Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev təqdim edib.