Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin İzyum şəhərini atəşə tutması nəticəsində 2 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" şəhər hərbi administrasiyasının bəyanatına istinadən məlumat yayıb.
Zərbə reaktiv yaylım atəşi sistemi vasitəsilə endirilib.
"Hücum nəticəsində iki mülki şəxs həlak olub. Daha 4 nəfər xəsarət alıb", - məlumatda bildirilir.
Mənbə: report.az