Rejissor və aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.
Lent.az-ın xəbərinə görə, o dostu, məşhur aktyor Azər Aydəmirlə birgə şəklini paylaşaraq, “Dəli balam” yazıb.
O, öncələr də bir neçə dəfə Azər Aydəmiri belə adlandırıb. Bəs görəsən Azər bundan inciyir? Nə üçün belə müraciət forması seçilib?
Lent.az-ın sualını cavablandıran Azər Aydəmir belə cavab verib:
“Dəliyəm ki, mənə dəli deyir. Yaradıcı adamların hamısı bir az dəli olur. Belə olmasa, yaradıcı adam özünü, ruhundakıları ortaya qoya bilməz”.
“Bəs dəli aktyoru rejissorlar necə idarə edir?” sualına aktyor məzəli şəkildə “Dəli özü hamını idarə edir” cavabını verib.