IMG-LOGO

Kamran Talıbov: "Gəncədəki Avropa Kubokundan gözləntilərimiz böyükdür"

04 Apr 2026 14:37 3 baxış
IMG

Azərbaycan Cüdo Federasiyasının (ACF) Gəncədə yeniyetmələr arasında keçirilən Avropa Kubokundan gözləntiləri böyükdür.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə ACF-nin baş katibinin müavini, idman direktoru Kamran Talıbov jurnalistlərə açıqlamasında bildirib.

Qurum rəsmisi bu gün start götürən turnirlə bağlı fikirlərini bölüşüb:

"Yarışın əhəmiyyəti ondan ibarətdir ki, yeniyetmə cüdoçular gələcəkdə gənclər və böyüklər kateqoriyasında bu idmançılarla üz-üzə gələcək. Bu, onlar üçün başlanğıcdır, təcrübə qazanırlar və səhvlərini öyrənirlər. Cüdoçular həm də beynəlxalq yarış mühitini yaşamış olurlar.

İdman direktoru Polşanın yarışdan imtina etməsinə də toxunub:

"Yarışa gəlməmək qərarı verdilər. Bizə xüsusi səbəb bildirməyiblər".

K. Talıbovun sözlərinə görə, hansı ölkənin iştirak etməsindən asılı olmayaraq cüdoçular hər zaman yüksək nəticələrə köklənirlər:

"Bugünkü yarışdan gözləntimiz böyükdür. Hazırda proqnoz verə bilmərəm. Həm daxili, həm də beynəlxalq yarışları müxtəlif regionlarda keçirməyə çalışırıq. Növbəti Avropa Kubokunun harada olacağı ilə bağlı dəqiq nəsə deyə bilmərik".

Xatırladaq ki, Avropa Kuboku aprelin 5-də başa çatacaq.

Xəbər lenti