IMG-LOGO

Aİ-nin beş ölkəsi enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq etməyə çağırıb

04 Apr 2026 12:32 6 baxış
IMG

Avropa İttifaqının (Aİ) beş ölkəsi - Almaniya, İtaliya, İspaniya, Portuqaliya və Avstriya - Yaxın Şərqdə eskalasiya başlayandan sonra yanacaq qiymətlərinin artması fonunda enerji şirkətlərinin izafi mənfəətinə vergi tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu, həmin ölkələrin maliyyə nazirlərinin Avropa Komissiyasına ünvanladıqları məktubdan irəli gəlir.

"Bu, həm də müharibənin nəticələrindən faydalananların əhalinin üzərinə düşən yükün azaldılmasına öz töhfələrini verməli olduğuna dair aydın bir siqnal olardı", - məktubda bildirilib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti