"Barselona" klubu "İnter"in müdafiəçisi Alessandro Bastonini transfer etmək üçün ilk addımını atıb.
"Report" "Football Italia"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 26 yaşlı futbolçu üçün 45 milyon avro təklif etsə də, Milan klubu bu rəqəmlə razılaşmayıb.
"İnter"in müdafiəçisini 60 milyon avrodan aşağı məbləğə satmağı planlaşdırmadığı, "Barselona"nın italyan oyunçuya illik təxminən 7 milyon avro maaş təklif etməyə hazır olduğu bildirilir. Hazırda Bastoni "İnter"də illik xalis 5 milyon avro qazanır.
Qeyd edək ki, cari mövsümdə A.Bastoni "neradzurri"nin heyətində bütün turnirlərdə 35 matçda meydana çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.