IMG-LOGO

Alla Puqaçova 5 il sonra ilk dəfə yeni mahnı oxudu

04 Mar 2024 19:29 139 baxış
IMG

Müğənni Alla Puqaçova son 5 ildə ilk dəfə yeni mahnı yayımlayıb və  insanları onun üçün qorxmamağa çağırıb. 

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə, mahnıdan bir parçanı müğənni Filipp Kirkorov öz "Instagram" səhifəsində yerləşdirib. 

Mahnının sözlərini Puqaçova özü yazıb. 

Puqaçova yeni kompozisiyada seçdiyi şəxsi onun üçün narahat olmamağa çağırır. O, qəbul etdiyi qərarlardan peşman olmadığını və prinsiplərini dəyişməyə hazır olmadığını qeyd edib. 

Müğənni sosial şəbəkə hesabında tezliklə səhnəyə qayıdıb, şou-biznesdəki yerini yenidən alacağını bəyan edib.  

Mənbə: lent.az

Xəbər lenti