IMG-LOGO

Əfqanıstanda zəlzələ səkkiz nəfərin həyatına son qoyub

04 Apr 2026 10:30 2 baxış
IMG

Əfqanıstanda 5,8 maqnitudalı zəlzələ bir ailənin səkkiz üzvünün həyatına son qoyub.

"Report" "Al Arabiya"ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zəlzələ aprelin 3-ü axşam saatlarında şimal-şərqdəki Bədəxşan vilayətində 186 kilometr dərinlikdə baş verib.

Qeyd olunub ki, yeraltı təkanlar paytaxt Kabil də daxil olmaqla ölkənin bir neçə regionunda hiss olunub.

"Kabil vilayətinin Qosfənd-Dərə rayonunda zəlzələ nəticəsində bir ailənin səkkiz üzvü həlak olub", - Səhiyyə Nazirliyinin mətbuat katibi Şərafət Zaman bildirib.

O əlavə edib ki, ailədən yalnız iki yaşlı bir uşaq sağ qalıb.

Xəbər lenti