"Bavariya"nın baş məşqçisi Tomas Tuxel Çempionlar Liqasının "Latsio" ilə cavab oyunundan əvvəl klubun bu mövsümü istənilən kubokla başa vurmaq şanslarından danışıb.
“Titullardan danışmaq titul gətirmir. Bu gün yaxşı məşq edib, sabah yaxşı oynamalıyıq. Daha yaxşı edə biləcəyimiz çox şey var. Bizə mütləq emosiyalarla dolu bir stadion lazımdır. Biz bu emosiyaları tribunalara çatdırmalıyıq. Biz ən yüksək səviyyədə çıxış etməliyik”, - Lent.az xarici mediaya istinadla bildirir ki, Tuxel söyləyib.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” – “Latsio” cavab oyunu martın 5-də baş tutacaq. Oyun “Allianz Arena”da baş tutacaq. İlk görüşdə Roma klubu qalib gəlib (1:0).
Tuxel ötən ilin martından “Bavariya”ya rəhbərlik edir. Alman mütəxəssis bu postda gözlənilmədən həmyerlisi Yulian Naqelsmannı əvəzləyib. Tuxel 2022/2023 mövsümündə Münhen klubu ilə Bundesliqanın qalibi olub. 2025-ci ilin iyun ayına qədər olan müqaviləyə bu yay xitam veriləcək.