IMG-LOGO

Rusiya ordusu Ukraynanın üç vilayətini atəşə tutub: ölən və onlarla yaralı var

04 Apr 2026 09:59 4 baxış
IMG

Rusiyanın ordusu Ukraynanın Sumı, Xerson və Dnepropetrovsk vilayətlərinə hücum edib, hücumlar nəticəsində bir nəfər həlak olub, daha 39 nəfər yaralanıb.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat verib.

Bildirilib ki, Sumı şəhərində dronlarla 16 mərtəbəli yaşayış binasını vurub.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, çoxmərtəbəli binada baş verən yanğın operativ şəkildə söndürülüb, sakinlər təxliyə edilib. İlkin məlumata görə, aralarında 15 yaşlı yeniyetmənin də olduğu 11 nəfərin xəsarət aldığı məlumdur.

Xerson vilayətində vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin tərəfindən verilən məlumata görə, son sutka ərzində atəşmə nəticəsində bir nəfər həlak olub, daha 25 nəfər yaralanıb.

Öz növbəsində, Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib ki, Rusiya qüvvələri pilotsuz uçuş aparatları, artilleriya və aviabombalardan istifadə edərək iki rayona 20-dən çox hücum həyata keçirib.

"Üç nəfər yaralanıb, onların arasında iki uşaq var", - o, teleqram kanalında yazıb.

Xəbər lenti