IMG-LOGO

İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

04 Apr 2026 07:45 2 baxış
IMG

İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 451 min nəfərin yaşadığı Manado şəhərindən (Şimali Sulavesi əyaləti) 142 km şərqdə yerləşib. Zəlzələ ocağı 49 km dərinlikdə olub.

Zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Xəbər lenti