İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan ölkə istiqamətində raket buraxılışı qeydə alıb.
"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.
"İMQ az əvvəl İrandan İsrail istiqamətində raketlərin buraxılışını qeydə alıb. Müdafiə sistemləri təhdidlərin zərərsizləşdirilməsi üzərində işləyir", - bəyanatda bildirilib.
Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.