IMG-LOGO

ABŞ İranın hücumlarından sonra Yaxın Şərqdəki bazalardan hərbçilərini təxliyə edib

04 Apr 2026 04:12 3 baxış
IMG

Pentaqon İran tərəfindən endirilən zərbələr fonunda Yaxın Şərqdəki bir sıra bazalardan ABŞ hərbi qulluqçularının təxliyəsini həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Milli İctimai Radiosu məlumat yayıb.

Mənbələrin məlumatına görə, raket və pilotsuz uçuş aparatı hücumlarından sonra Bəhreyndəki bazadan yüzlərlə dənizçi ABŞ-yə təxliyə edilib.

Qeyd olunub ki, təxliyə regiondakı digər Amerika obyektlərindən də həyata keçirilib, lakin təfərrüatlar açıqlanmayıb.

Radio dəqiqləşdirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının yerləşdiyi Bəhreyndəki bazadan 1,5 minə yaxın hərbi qulluqçu və onların ailə üzvləri çıxarılıb. ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlamazdan əvvəl orada 8 minə yaxın adam var idi.

Xəbər lenti