IMG-LOGO

Venesuelada avtobus qəzasında üç nəfər ölüb, onlarla şəxs xəsarət alıb

04 Apr 2026 04:37 4 baxış
IMG

Venesuelanın Ansoateqi ştatında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, daha 39 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ştatın qubernatoru Luis Markano məlumat verib.

Onun sözlərinə görə, avtobus magistral yolda aşıb, qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, nəqliyyat vasitəsi mexaniki nasazlıq səbəbindən aşmış ola bilər.

Region rəhbəri həlak olanların ailələrinə başsağlığı verib.

Xəbər lenti