IMG-LOGO

Naxçıvanda tələbə qızlar qazdan zəhərləndi

28.11.2023 10:50 102 baxış
IMG

Naxçıvanda kirayə qalan tələbə qızlar dəm qazından zəhərlənib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün qeydə alınıb. Naxçıvanda təhsil alan və kirayədə qalan - 19 yaşlı, Şərur rayon sakinləri - Seyidova Nərmin Kamil qızı (Naxçıvan Dövlət Universiteti), 17 yaşlı Baxşıyeva Salatın Hikmət qızı (Naxçıvan Texniki Kolleci), həşyaşıdları olan İmanova Zəhra Rüzgar qızı (Naxçıvan Texniki Kolleci) və Həsənova Sədaqət Məmməd qızı dəm qazından zəhərləniblər.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti