IMG-LOGO

KİV: Vasitəçilərin ABŞ və İran arasında atəşkəsə nail olmaq cəhdləri dalana dirənib

04 Apr 2026 00:46 3 baxış
IMG

Yaxın Şərq ölkələrinin ABŞ və İran arasında atəşkəs razılaşmasına nail olmaq cəhdləri nəticəsiz qalıb.

"Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb.

"Pakistan başda olmaqla, region ölkələrinin ABŞ və İran arasında atəşkəsə nail olmaq üzrə səylərinin cari raundu dalana dirənib", - nəşr qeyd edib.

Nəşrin məlumatına görə, İran ABŞ-nin hazırkı tələblərinin qəbuledilməzliyini vurğulayaraq yaxın günlərdə İslamabadda amerikalı nümayəndələrlə görüşmək niyyətində olmadığını vasitəçilərə bildirib.

Bununla yanaşı, mənbələrin bildirdiyinə görə, Türkiyə və Misir vəziyyətdən çıxış yolu tapmaq cəhdlərini davam etdirir və danışıqlar üçün Doha və İstanbul da daxil olmaqla, alternativ məkanları nəzərdən keçirirlər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, İran guya atəşkəs istəyib, lakin Tehran bunu təkzib edib.

İranın xarici işlər naziri Abbas Əraqçi qeyd edib ki, Hörmüz boğazı ilə bağlı qərarları yalnız İran və Oman qəbul etməlidir.

Xəbər lenti