IMG-LOGO

KİV: İranın vurduğu ABŞ-nin F-15 qırıcısının pilotlarından biri xilas edilib

03 Apr 2026 20:02 3 baxış
IMG

İran səmasında vurulan ABŞ-nin F-15 qırıcısının heyət üzvündən biri xilas edilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə istinadən "CBS News" telekanalı məlumat yayıb.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin F-15 qırıcısı İranın cənubunda döyüş tapşırıqlarını yerinə yetirərkən vurulub. Bir neçə saat təyyarə qalıqlarının və heyətin axtarışı üzrə əməliyyat aparılıb.

Hazırda onlardan birini sağ tapmaq mümkün olub. Heyət üzvlərinin dəqiq sayı qeyd edilmir.

Xəbər lenti