IMG-LOGO

Zelenski: Rusiyanın martdakı hərbi itkiləri müharibənin əvvəlindən bəri rekord həddə çatıb

03 Apr 2026 19:03 2 baxış
IMG

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya qoşunlarının mart ayındakı itkilərinin müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığını və 35 min nəfərin ötdüyünü bildirib.

"Report" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"Təkcə pilotsuz uçuş aparatlarımızın zərbələri nəticəsində Rusiyanın 33 988 hərbi qulluqçusu həlak olub və ya ağır yaralanıb, artilleriya və digər zərbələrlə isə daha 1363 nəfər öldürülüb. Bu, cəmi bir ay ərzində 35 000-dən çox Rusiya itkisi deməkdir və bunlar dəqiq təsdiqlənmiş itkilərdir", - o bildirib.

Zelenski əlavə edib ki, nazirlərlə yaxın həftələr üçün bir sıra tapşırıqları razılaşdırıb. Xüsusilə, Ukrayna piyadalarının gücləndirilməsi, ordu müqavilələri sisteminin təkmilləşdirilməsi və hərbi hissəni özbaşına tərk etməyə qarşı mübarizə tədbirləri ilə bağlı qərarlar hazırlanır.

Xəbər lenti