İsrailin müdafiə naziri İsrael Kats Livanın cənub hissəsindəki sərhəd zonasında yerləşən və radikal "Hizbullah" qruplaşması tərəfindən istifadə edilən evlərin dağıdılacağını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Onun sözlərinə görə, bu qərar İsrailin şimal ərazilərinin təhlükəsizliyini təmin etmək istəyindən irəli gəlir:
"İsrailin Livandakı siyasəti aydın olaraq qalır: "Hizbullah"ın hərbi və siyasi üsullarla tərk-silah edilməsi. "Hizbullah"ın dayaq nöqtələri kimi istifadə edilən sərhədyanı Livan kəndlərindəki evlər Rəfah və Xan-Yunisdə (Qəzza zolağı - red.) olduğu kimi eyni prinsiplə dağıdılacaq".
Nazir, həmçinin əlavə edib ki, İsrail şimal ərazilərində yaşayan insanların təhlükəsizliyi təmin edilməyinə qədər, regiondan köçürülmüş təxminən 600 min livanlı sakinin evlərinə qayıtmasına icazə verməyəcək.